XƏBƏRLƏR

10.01.2019 16:37
İlk dəfə olaraq kommersiya məqsədli kvant kompüteri hazırlandı

Las-Veqasda keçirilən “CES 2019” sərgisində “IBM” şirkəti ilk dəfə olaraq kommersiya məqsədli kvant kompüterini təqdim edib.

AzEdu.az xəbər verir ki, ferra.ru saytının məlumatına görə, 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir.

Böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM Q” kənarları 3 metr təşkil edən havakeçirməz kub şəklindədir.

Kompüterin satışa çıxarılma müddəti və qiyməti barədə hələlik məlumat verilmir.

İlin gənc müəllimi-Müraciət formu