Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 16:21:33
İnsan dərisindən hazırlanan əşyalar - Oxuduqca dəhşətə gələcəksiniz...
AzEdu.az xəbər verir ki, bu günə kimi insan dərisindən bir çox əşyalar hazırlanıb. Tarix onsuz da tükürpədən hadisələrlə doludur və elə indi danışacağımız hadisə də onlardan biri haqqında bəhs edir. 
 
1. Baş memar Yan Zizka adamı sonsuza qədər dəhşətə gətirən bir üsula əl atıb. O, ölmədən öncə dərisindən təbil düzəldilməsini vəsiyyət edib və öldükdən sonra sevənləri bu vəsiyyəti yerinə yetiriblər.
 
 
 
 
2. Fransada Xalqın Təhlükəsizliyi Komitəsinin üzvü olan Luis Antuan de Sent-Just aşiq olduğu qadından elə intiqam alıb ki, Fransa ayağa qalxıb. Just sevdiyi qadının ona qarşılıq vermədiyini bildikdən sonra pulla adam tutaraq onu öldürtdürüb. Bundan sonra bir dərziyə gedərək qadının dərisindən özünə jilet tikdirib. 
 
 
 
3. 1876-cı ildə Fransada heyvan dərisindən ayaqqabı tikərək tanınan Mahnenrolhz, sahəsini genişləndirmək üçün maraqlı bir üsula əl atıb. Mahnenrolhz sahibsiz insanların cəsədlərinə yiyələnərək onların dərisindən ayaqqabı tikdirib. Bu ayaqqabıları yoxlamaq üçün Smitsionian Universitetinə göndərib. 
 
 
4. Fransanın qorxulu kabusuna çevrilən fırıldaqçı və qatil Henri Pranziniyə uzun müddət xalq nifrət etməyə başlayıb. Pranzini öldükdən sonra insanlar onun meyitinə hücum edərək paramparça ediblər. Qadınlar intiqam almaq üçün onun dişindən sırğa, kişilər isə dərisindən siqaret qutusu düzəldiblər.(Moderator.az)