XƏBƏRLƏR

10.01.2019 15:32
Abituriyentlərin NƏZƏRİNƏ! - DİM rəsmisi canlı yayımda bütün suallarınızı cavablandırılacaq

AzEdu.az-ın hər həftə təşkil olanan “Edubrifinq”ində müxtəlif qonaqlar iştirak edir.

Azərbaycan Təhsil Portalı (AzEdu.az) abituriyentlərin və müəllimlərin çoxsaylı suallarını və narahatlığını nəzərə alaraq bu həftə qonaq qismində Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadəni dəvət edib.

Brifinq zamanı Xanlar Xanlarzadə yeni qəbul qaydaları ilə bağlı ətraflı məlumat verəcək və qaranlıq qalan məsələlərə aydınlıq gətirərək abituriyentlərin suallarını cavablandıracaq.

“Edubrifinq” sabah, saat 16:00-da AzEdu.az-ın rəsmi feysbuk səhifəsi vasitəsilə canlı yayımlanacaq.

Buraxılış və qəbul imtahanlarıyla bağlı suallarınızı və sizə qaranlıq qalan məqamları AzEdu.az-ın rəsmi feysbuk səhifəsinə ünvanlaya bilərsiniz.

Xatırladaq ki, 2019-cu ildən etibarən ali məktəblərə qəbul imtahanları tamamilə yeni, kurikulum sistemi əsasında həyata keçiriləcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları