XƏBƏRLƏR

30.03.2018 10:54
Prezidentlərin oxuduğu, dünyada bir çox ilklərə imza atan Sapienza Universiteti - Rubrika

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb. Təbii ki, burada maraq, istiqamət və niyyətlər fərqlidir. Bəziləri xaricdə təhsil alıb, daha yaxşı karyera quracağını düşünür.

Diqqətçəkən məqamlardan biri də budur ki, gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən, müəyyən edirlər. Universitet və ixtisas seçimi  bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər.

Gənclərin bu kimi suallarını cavablandırmaq üçün AzEDU saytı “UniverMAYAK” rubrikasında sizləri müxtəlif universitetlərlə tanış edəcək.

Rubrika əsasında tanıyacağımız növbəti universitet Sapienzadır.

Əsası 1303-cü ildə VIII Bonifatsi tərəfindən qoyulub. Universitet İtaliyanın paytaxtı Romada yerləşir. Sapienza Avropada 700 il ərzində 111.000 şagird, 4000 müəllim və 2000 nəfər texniki işçi və kitabxanaçılara malik olan ilk universitetdir. Bundan başqa universitetin xəstəxanalarında 2000 inzibati heyət fəaliyyət göstərir. Universitet elmi-tədqiqat, yüksək peşəkarlıq, keyfiyyətli təhsil və beynəlxalq əməkdaşlıq vasitəsilə cəmiyyətin inkişafına töhvə verir.

29883798_2049381508671146_1655060040_o.jpg

Sapienza hazırda 250 proqram üzərində 200-dən çox peşə-texniki kurslar təşkil edir. Qabaqcıl Tədqiqatlar Məktəbi ən yaxşı tələbələri pulsuz təhsil proqramı ilə təmin edir. Orta məktəbi 100 balla tamamlayan tələbələr təhsilhaqqından azad edilir, onlar bu göstəricilərini davam etdirərlərsə, bonus uzadılır.

Universitetdə 55 kitabxana, 18 muzey, Çao və Hello yönümlü masalar, hər fakültədə müəllimlər üçün otaq, Əlil Tələbələr Ofisi  və İctimaiyyətlə Əlaqələr Şöbəsi və Repetitor İdarəsi fəaliyyyət göstərir.

Sapienza Universitetində mədəni, sosial və idman tədbirlərinin geniş spektrini təşkil etmək və musiqi, teatr və internet radio üçün ümumi sahəsi 100,000 kvadrat metrdən çox müxtəlif obyektlər var. Sapienzada 11 fakültə, 63 departament fəaliyyət göstərir.

Sapienza Universitetinin İqtisadiyyat fakültəsi magistratura pilləsinin birinci kurs tələbəsi Ramin İsmayılov bildirir ki, Sapienzada iqtisadiyyat, İT üzrə ixtisaslarda yaxşı təhsil almaq olar. O, Laziodisu təqaüd proqramı ilə təhsil alır. Universitet Lazio regionunda yerləşdiyi üçün təqaüd proqramı da belə adlanır.

29745328_2049381368671160_2073199557_n.jpg

"Ən qədim universitetlərdən olduğu üçün burada bir çox dövlət vəzifələrindəki şəxslər, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi, İtaliyanın 12-ci prezidenti Sergio Mattarella, İtaliya Bankının təsisçisi və başqa tanınmış şəxslər təhsil alıb".

Raminin sözlərinə görə, universitetdə texniki avadanlıq orta səviyyədədir,mükəmməl deyil.

"Əzbərçilik qəti yol verilən deyil, sualların qoyuluşu ilə bağlı olaraq imtahanlarda bütün kitabı əzbər bilsən belə heçnə yaza bilməmək  ehtimalın var. Bizdəki kimi suallar konkret yox, daha çox nəticə, fakt tələb edir" deyə Ramin bildirdi.

Əsmər Qabil

29750301_2049381515337812_1909510777_n.jpg

29666415_2049381365337827_1848464738_n.jpg

29852926_2049381355337828_146327966_n.jpg

29852923_2049381358671161_172133940_n.jpg