Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 17:47:03
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi üzrə 322 layihə qeydiyyatdan keçib

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib.

Yanvarın 10-dək müsabiqədə iştirak üçün qeydiyyatdan keçən şagirdlərin sənəd qəbulu həyata keçiriləcək.  Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısısabahinalimleri.edu.az internet səhifəsində açıqlanacaq. 

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi 12-14 fevral 2018-ci il tarixində keçiriləcək..

Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.