Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 10:56:15
Dünyanın ən böyük elmi laboratoriyası haqqında  ilginc faktlar – Kosmonavtların  tükürpədici  etirafları  

Bir kosmonavtın dilindən: “Səhər yuxudan oyanıb, stansiyaya yenidən yollanmaq  şansım olsaydı, bir daha gedərdim. Bura o qədər möhtəşəm yerdir ki...”

Futbol stadionu böyüklüyündə olan Beynəlxalq Kosmik Stansiya, bugünə qədər insanların inşa etdiyi ən mükəmməl mühəndislik layihəsi hesab olunur. O, başımızın üzərində 28 km/saat sürətlə hərəkət edir.

Kosmik Stansiyanın mövcudluğu insanların Marsa gedə bilməsi üçün atılan vacib addımlardan biridir.

AzEdu.az “National Geographic” kanalına istinadən, dünyanın ən böyük və ən bahalı elmi laboratoriyası barədə yazını diqqətə çatdırır:

7/24 Beynəlxalq Kosmik Stansiya

Nəhəng mühəndislik abidəsi Yer planetindən 400 km məsafədə yerləşir. Uzunluğu 108, eni 73 metrdir. Böyük elm laboratoriyasını kosmosa yerləşdirmək üçün Amerika, Rusiya, Avropa, Kanada və Yaponiyanın kosmik agentliklərinin mütəxəssisləri işə cəlb olunub. Hər parça kosmosa aparılmamışdan öncə dünyada dizayn edilərək inşa edilib. Hissəciklər kosmosda nə az nə çox, düz 10 ilə birləşdirilib.

Kosmik stansiyaya səyahət o qədər də asan deyil. Kosmonavtları  rusların “Soyuz” adlandırdıqları  kosmik aparatla 48 saatlıq səyahət gözləyir. Bu müddətdən sonra aparat kosmik stansiyanın 400 metr yaxınlığına çatır. Stansiya 6 ev böyüklüyündədir və 6  kosmonavtın yaşaması üçün dizayn olunub. Bura göndərilən hər insanın stansiyada qalma müddəti ən çox 6 aydır.

Kosmonavtlar sıfır cazibə qüvvəsində yaşamağı öyrənməyə məcburdurlar. Cazibə qüvvəsinin yoxluğu 360 dərəcəlik iş imkanı yaradır. Onlar divarda, yerdə, hətta  tavanda da işləyə bilərlər.

Stansiyada ötən 20 il ərzində 1700-dən çox elmi sınaqlar həyata keçirilib. Yaponiya, Avropa və Amerika burada laboratoriyalar qurub. Kosmik stansiyada müxtəlif funksiyaları yerinə yetirən robotlar da hazırlanır. Bir neçə il sonra uzaqdan idarə olunan robotlar başqa stansiyalar inşa edə, hətta onlar üzərində təcrübə də apara biləcəklər.

Gələcəkdə insanlar uzun müddətli kosmik səyahətlərə dözmək məcburiyyətində qalacaq. Bu səbəbdən, kosmik stansiyada insan orqanizmi üzərində də təcrübələr aparılır.

Rusiya, Maksim Surayev: “İlk uçuşumdan sonra qollarımın həddindən artıq ağır olduğunun  fərqinə vardım. Sözlərlə necə ifadə edəcəyimi bilmirəm, amma içimdəki orqanların belə nə qədər ağır olduğunu hiss etdim”

1920-ci illərdə Rusiyalı alim Konstantin Siolkovski  insanların yaşaya bildiyi kosmik  stansiyanın xəyalını qurmuşdu. 1971-də ruslar “Salyut 1” ilk orbital stansiyanı kosmosa göndərdi. 2 il sonra amerikalılar buna cavab verdi. Soyuq müharibə illərində, 1975-ci ildə ruslar və amerikalılar kosmosda birgə iş qurmağın mümkün olduğunu sübut etdilər.Beləliklə, “Soyuz-Apollon”-ilk beynəlxalq idarəolunan uçuş olaraq tarixə düşdü.  

1980-ci illərin ortasında kosmosdakı ittifaq sona çatdı. Amerikalıların uçuş aparatları var idi. Rusiya isə “Mir” Kosmik Stansiyası ilə uçuşlara hökmranlıq edirdi. Amerikalar milli stansiya yaratmaq fikrindəydilər. Lakin işin nəhəngliyi və maliyyə tərəfi nəzərə alınaraq avropalılar, kanadılılar və yaponlar da işə daxil edildi. SSRİ-nin süqutuyla müqaviləyə  Rusiya da dəvət olundu.

Nəticə: Beynəlxalq Kosmik  Stansiya....

Lazım olan avadanlıq yerdə hazırlandı və kosmosda birləşdirildi. Bütün aparaturaları kosmosa göndərmək üçün 115 uçuş reallaşdı. Kanada “robot qol” adlandırılan vacib hissənin ərsəyə gəlməsini təmin etdi. 17 metr uzunluğundakı qol avadanlıqları, hətta kosmonavtları daşımaq üçün istifadə olunur. Əsas məsələ odur ki, kosmik stansiyanın hər detalı dünyada sadəcə kağız üzərində birləşdirilib.Layihə dünya tarixində ən bahalı proyektdir. Dəyəri150 milyard dollardır.

ABŞ, Cefri  Uilyams: “Stansiya çox parlaqdır; səbəbi isə Günəş panelləridir. Stansiya panellər vasitəsilə Günəşin enerjisini saxlayaraq, elektrik tədarük edir və dünyanın qaranlıq tərəfində olanda boşalan batareyaları doldurur. Panellər tamamilə açılanda hər biri 73 metr uzunluğunda olur. BKS 32 min Günəş panelindən ibarətdir. Buradakı elektriklə 40 evi işıqlandırmaq mümkündür.

Stansiyanın işıqsız qaldığını xəyal etmək belə mümkün deyil.

Kosmovatların yatdığı yerlər kiçik telefon köşkünü xatırladır. Yuxu çarpayıları işçilərin uçub getməməsi üçün divara bərkidilib.

ABŞ, Treysi  Dison:Bir qutunun içində yatırsınız. Hər saniyəniz planlaşdırılır.  Sizə “qalx və işlə”deyə əmr verən sistemlər var”

Yerdə bir qrup insan kosmonavtlarla hər saniyə əlaqə saxlayırlar.

Stansiyanın 36 min kilometr üzərindəki sabit peyklər məlumatları alır və anındaca yerə göndərir.

Kosmosda oksigen yoxdur. Stansiyada oksigen tədarük etmək və kosmonavtların yaşamasını təmin etmək üçün xüsusi sistemlər var. Buradakı oksigen dünyadakı havaya çox bənzəyir. Fərq yuxarıda daha çox karbon dioksidin olmasıdır.

Stansiyada su həyati önəmə sahibdir. Su ehtiyatı nə qədər çox olsa da, bu kosmonavtların ehtiyaclarını tam ödəyə bilmir.Onlar hər gün ən az 2 saat idman etmək məcburiyyətindədirlər.Bu səbəbdən, çoxlu miqdarda su itirirlər.

Dəsmallar havalandırma şəbəkəsinin yanında qurudulur. Sonra o dəsmaldaki bütün su geri qaytarılır, buxarlaşıb havaya qarışır. Havalandırma sistemində su, xüsusi boruya daxil olur  və içməli hala salınır.Suyu qorumaq üçün tualetdən də istifadə olunur.

“Öz ifrazatımızı içirik”

ABŞ,Treysi Kaldvel: “Sidik xüsusi qurğularla təmizlənərək içməli hala salınır. Bir damla su belə itkiyə getmir. Beləliklə, öz ifrazatımızı içirik”

Stansiyanın 7 panaram pəncərəli hissəsi dünyaya baxır. BKS dünyanın ətrafında gündə 16 dəfə fırlanır.

Dünya kosmonavtların gözündən...

ABŞ,Tracy Caldvel : “Dünyaya baxmaq üçün çox darıxacağam. Çünki planetin ətrafında bir dəfə dövr etmək üçün panaram pəncərəli otağa hər gecə gəlirdim.Zamanın məhdud olduğunu və bu görüntünü bir də heç vaxt görə bilməyəcəyimi çox yaxşı bilirdim”

Rusiya, Yuri Malentchenko: “Dünyanı dayanmadan izləyə bilərsiniz, çünki mənzərə daim dəyişir”

Rusiya, Fyodor Yurchıkan: “Dünya tayı-bərabəri olmayan orqanizmdir. Yuxarıdan baxanda ölkələrin sərhəddi görünmür, amma səfalət göz önündədir. Buradan yanğınlar, təbii fəlakətlər, müharibələr görürsünüz. Və bəzən dünyanın bizdən yardım istədiyi hissinə qapılırsınız”

Kosmik stansiyaya səyahət 48 saat davam edir. Layihə olaraq mükəmməl olsa da, bəzən bu qədər qarmaşıq qurğularda nasasızlıqlar da yaranır.

ABŞ,Tracy Caldvel: “ Bir gün stansiyada hamı yatan vaxt Amerikaya aid olan hissədə yoxlama aparırdım. Bir anda siqnallar çalmağa başladı. Kosmonavtların yaşaması üçün böyük əhəmiyyətə sahib sistemlərdən birində problem olduğu məlum oldu.

Yer Nəzarət Məntəqəsindəkilər vəziyyətin kritik olduğunu başa düşdülər.Problemi həll etməyin yeganə yolu nasazlıq yaranan sistemi stansiyanın xaricindən təmir etmək idi.

15 milyard dollarlıq yürüş

Kosmik yürüş çox təhlükəlidir. İnsan kosmosda yaşaya bilməz. Bədən həddindən artıq istiliyə, şüalara və kosmik işıqlara məruz qalır.Buna görə də kosmonavtların geyimlərinin yüksək standartlara cavab verməsi vacibdir. Kosmik geyimlərdən birinin qiyməti 15 milyon dollardır. Bu geyim insanların gözlərini anında kor edə biləcək günəş şüalarından qorunmaq üçün başlıq, qaranlıqda iş görə bilmək üçün güclü işıqlar,yerə görüntü göndərə bilən kameralardan ibarətdir. Bel çantasında oksigenlə yanaşı,8 saata qədər kosmonavtın müstəqil olmasını təmin edən batareyalar var.

4 kosmik yürüş, 29 saatlıq iş və xilas olunan Beynəlxalq Kosmik Stansiya

Stansiyanın 2020-də yerə endirilib yox ediləcəyi planlaşdırılsa da, tətqiqatların aparılması və genişləndirilməsi məqsədilə dünyanın ən böyük elmi layihəsinin, tətqiqat mərkəzinin ömrü 2028-ə qədər uzadıldı. Bura hələ bir neçə il də kosmonavtların ən sevimli yeri olmağa davam edəcək...

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları