Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 14:14:16
Kitab sərgi-yarmarkasında 400 min kitab nümayiş olunacaq  
Yanvarın 10-da açılacaq növbəti Pekin beynəlxalq kitab sərgi-yarmarkasında təxminən 400 min yeni və ən çox satılan kitablar nümayiş olunacaq.
 
AzEdu.az xəbər verir ki, Çin Naşirlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi sərgi ölkədə nəşriyyat sahəsi üzrə əsas tədbirlərdən biri hesab olunur.
 
Üç gün davam edəcək sərgidə 718 nəşriyyat öz məhsullarını 2527 stenddə nümayiş etdirəcək. Sərgi çərçivəsində forum, dəyirmi masa, təqdimatlar da daxil olmaqla, 210 müxtəlif tədbir təşkil olunacaq.