Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 15:23:00
Dünyanın ilk kitab qəsəbəsi - FOTOLAR

Böyük Britaniya ilə sərhəddə yerləşən Hay-on-Wye hər kəsin diqqəti cəlb edən maraqlı qəsəbədir.

İkinci Dünya müharibəsindən sonra, Hay-on-Vye, bir çox kiçik şəhərlər kimi darmadağın olmuşdu. Bu qəsəbə, yalnız Richard Boothun Oxford Universitetini bitirdikdən sonra ora gəlməsi ilə dəyişdi. O, əmisindən qalan mirasla doğma şəhərinə investisiya yatırmağı qərara aldı. 60-cı illərin sonlarında Amerikaya gedən Booth İngiltərəyə minlərlə kitab gətirdi. İlkin olaraq yanğınsöndürmə şöbəsində ikinci əl kitab mağazasını açaraq bu maraqlı qəsəbə hekayəsinin başlanğıcını yazdı.

Hazırda qəsəbədə, təxminən, 1500 nəfər əhali yaşayır. Kitabçıların sayı isə 26-dır. Bununla yanaşı, bu kitabçıların hər biri musiqi, incəsənət, kino, poeziya və ya uşaq ədəbiyyatı kimi müxtəlif sahələrdə ixtisaslaşıblar.

Bura dünyanın ilk kitab qəsəbəsidir.

 AzEdu.az Hay-on-Wye –in fotolarını təqdim edir.