Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 11:45:00
İtaliyada oxumaq istəyələnlər üçün fürsət – TƏQAÜD QAZANMAĞIN YOLLARI

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyub.

Son zamanlar Azərbaycanlı gənclərin də xaricdə təhsil almağa marağı artıb. Tələbələrin ən çox seçdiyi ölkələrdən biri də İtaliyadır.

AzEdu.az-ın budəfəki yazısı İtaliyanın  Laziodisu – Regional təqaüd proqramı haqqındadır:

İtaliyada 95 universitet fəaliyyət göstərir. Ölkədə ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.  İtaliyada dərs ili 2 semestrə bölünür. İlk semestr oktyabrda, növbəti semestr isə mart ayında başlayır.

Ölkədə təqaüdün verilmə vaxtları da universitetin yerləşdiyi bölgədən asılı olaraq dəyişir. Burada hər bölgənin təqaüdü müxtəlif adlarda olur. Nümunə olaraq: “Laziodisu”  Lazio , “Edisu” Piedmon, “DSU”  isə Tuscany əyalətini göstərə bilərik.

İtaliyada müxtəlif təqaüd proqramlarına müraciət edə bilərsiniz. Burada təqaüd proqramlarını əsas olaraq iki qrupa bölünür. Bunlardan biri  İtaliya hökümətinin verdiyi, digəri isə  univerisitetlərin təqdim etdiyi təqaüd və qrantlardır.

Universitetlərin təqdim etdiyi təqaüdlər haqqında seçdiyiniz ali təhsil müəssisənin  web saytından ətraflı məlumat ala bilərsiniz. Adətən bu təqaüd üçün müraciət edən şəxlərə yüksək tələblər qoyulur və yerlərin sayı limitli olur. Təqaüdü qazanmağınız üçün yuxarı GPA göstəricisi, GMAT, GRE, SAT, yüksək TOEFL və IELTS, iş təcrübəsi kimi kriteriyaları nəzərə almalısınız.

Dövlətin təqdim etdiyi təqaüdlər də  2 növə bölünür. Bunlar “Invest your talent in Italy” və “Regional maddi yardım” təqaüdləridir.

Təqaüdü qazanmaq üçün nə etmək lazımdır?

Laziodisu təqaüdünü qazanmaq  ailənizin maddi vəziyyətində aslıdır. Azərbaycanda müəyyən sənədləri toplayacaqsınız. Həmin sənədlərə əsasən sizin maddi vəziyyətiniz hesablanacaq  və təqaüdü alıb-almayacağınız müəyyən olacaq.

Təqaüd proqramı üçün lazım olan sənədlər

Adınıza hər hansı əmlakın olub-olmaması haqqında arayış;

Ailə gəlirləri haqqında arayış;

İllik gəlir haqqında sənəd;

Yaşadığınız evin sahəsi ilə bağlı sənəd.

Qeyd edək ki, proqramın ən mənfi xüsusiyyəti, təqaüdün köçürülmə vaxtlarının yaxşı olmamasıdır. İtaliyada bu təqaüdə güvənib təhsil almaq niyyətindəsinizsə, dekabra qədər gözləməlisiniz. İkinci köçürülmə isə növbəti təhsil ilininin dekabrında olur. Sonra təhsilinizin sonunda daha 2 köçürülmə ilə alırsınız.

Günel Yaşarqızı
Müəllifin digər yazıları