Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 10:46:00
Şagirdlər üçün yaradıcı layihə - Rəngləri bu üsulla daha tez öyrənəcəklər

Şagirdlərin yaradıcılığının inkişafı üçün üzərində hansı rəng olduğu bilinməyən boyalar hazırlanıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, İma Moteki firması, uşaqların yaradıcılığını artırmaq üçün üzərində hansı rəng olduğunu göstərən  etiketlər olmayan boyalar hazırlayıblar.

“Adsız boyalar” adlı layihədə boyaların üzərində həmin rəngin alınması üçün qarışdırılan əsas rənglərdən ibarət dairələr istifadə edilib. Dairənin ölçüsü eyni zamanda hansı rəngdən nə qədər istifadə etmək lazım olduğunu da göstərir. Yəni qablaşdırmanın üzərində hər rəngə xüsusi ad verilməyib.

Dizaynerlər layihənin məqsədindən danışarkən qeyd ediblər ki, onlar uşaqlara rənglərin nəzəriyyəsini xüsusi enerji sərf etmədən erkən yaşda öyrətmək istəyirlər.