Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 10:44:13
İlin ilk Günəş tutulması bu tarixdə baş verəcək – 5 saat...

2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından AzEdu.az-a verilən məlumata görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.