Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir.

Direktorlar Şurası

Direktorlar Şurası (bundan sonra – Şura) sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2016-cı il tarixli 1950 nömrəli sərəncamı ilə Namiq Əsgər oğlu Babayev və 15 aprel 2016-cı il tarixli 1951 nömrəli sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar.

Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli 1959 nömrəli sərəncamı ilə Ayda-zadə Kamil Rəcəb oğlu, Bayramov Ceyhun Əziz oğlu, Hacıyev Niyazi Xanbaba oğlu və İsmayılzadə Fariz Akif oğlu Direktorlar Şurasının üzvü təyin olunublar.

Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.

Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

Rəhbərlik

Direktorlar Şurasının sədri
Direktorlar Şurası sədrinin müavini
Direktorlar Şurası sədrinin müavini
İcraçı direktor

İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi

Elektron xidmətlər sektoru
İmtahanın texnoloji təminatı sektoru
Məlumat bazalarının yaradılması sektoru

Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsi

İmtahan materiallarının çapı üzrə sektor
Texnoloji nəzarət və informasiya təhlükəsizliyi sektoru

Təşkilat şöbəsi

İmtahanların təşkili və idarəedilməsi sektoru
Təşkilati-metodiki təminat və təlimlər sektoru

Dövlət elektron informasiya sistemləri şöbəsi

Dövlət qulluqçularının reyestrinin aparılması sektoru
“Şagird-məzun” informasiya sistemi və ümümtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi sektoru
Ali, orta ixtisas təhsili və dövlət qulluğu üzrə informasiya sistemləri sektoru

Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi

Magistratura üzrə sektor
Orta təhsil üzrə sektor
Rezidentura üzrə sektor
Test bankı sektoru


Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsi

Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor
Statistik araşdırmalar və elmi layihələşdirmə sektoru

Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi

Dövlət qulluğu məsələləri üzrə sektor
İnsan resursları sektoru
Hüquqi təminat şöbəsi
İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsi
Vətəndaş müraciətlərinə baxılması və kargüzarlığın aparılması sektoru
Mətbuatla iş və elektron kommunikasiya sektoru
Kommersiya sektoru
Strateji inkişaf şöbəsi
Beynəlxalq əməkdaşlıq sektoru
Strateji inkişaf və layihələrin idarə olunması sektoru
E-imtahanların təşkili və keçirilməsi şöbəsi
Maliyyə və iqtisadiyyat şöbəsi
İqtisadiyyat sektoru
Maliyyə sektoru
Metodika və dərsliklərin monitorinqi şöbəsi
Humanitar fənlər üzrə monitorinq sektoru
Təbiət fənləri üzrə monitorinq sektoru
Təchizat və təsərrüfat şöbəsi
Regional bölmələr
Naxçıvan regional bölməsi
Şirvan regional bölməsi
Bərdə regional bölməsi
Göyçay regional bölməsi
Lənkəran regional bölməsi
Xaçmaz regional bölməsi
Şəki regional bölməsi
Gəncə regional bölməsi